Ukraynanın paytaxtı Kiyevdə Rusiya Ortodoks Kilsəsinin qarşısında etiraz aksiyası keçirənlərlə polis arasında qarşıdurma baş verib.
ANS TV-nin məlumatına görə, Bir qrup üzü maskalı millətçi Ukrayna polisinə hücum edib. Aksiya fəallarından biri Kiyevdə separatçı hərəkatının yaranmasına dair məlumatlara reaksiya verdiklərini bildirib.
Atla hərəkət edən Ukrayna polisi Rusiya Ortodoks Kilsəsinin Peçörsk Lavra monastının qarşısına toplaşan millətçilərin aksiyasını dağıtmağa müvəffəq olub.
[media=http://www.youtube.com/watch?v=U1ZIZJc41Pk]