Dövlət Statistika Komitəsinin sədri vəfat edib

23-06-2014, 10:31   
Dövlət Statistika Komitəsinin sədri vəfat edib
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu gecə dünyasını dəyişib.

Məlumatı APA-ya Dövlət Statistika Komitəsindən təsdiq ediblər. Bildirilib ki, A.Vəliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Mərhumun dəfn mərasimi bu gün baş tutacaq.

Qeyd edək ki, A. Vəliyev 1943-cü il iyunun 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub.

1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1961-ci ildən 1990-cı ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında böyük məsləhətçi vəzifəsində işləyib.

1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışıb.

İki övladı var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.