Millət vəkili İqbal Məmmədov öz facebook profilində maraqlı fotolar paylaşıb.
Modern.az xəbər verir ki, o, atlara olan sevgisindən və doğma yeri Lerikdən yazıb:
“Mən doğma elim obam olan Leriklə nəfəs alıram. Bizim demək olar ki, asudə vaxtımız olmur. Ancaq, azacıq da olsa vaxt tapan kimi özümü Lerikə çatdırıram. Təbii ki, rayonda da tedbirlər və daim seçicilərlə keçirdiyimiz səyyar qəbullar proqramımızı boş saxlamır. Stresli və gərgin iş yorğunluğundan dincəlməyim isə çox sevdiyim atlarla mümkün olur. Ümumiyyətlə sevdiyim iki idman növü var: yay aylarında at sürmək, qışda isə xizək. At insanlara xidmət üçün yaradılmış ən sədaqətli heyvanlardandır".