Iran mətbəxinin ən məşhur şirniyyatlarından biri Şölə Zarddır. İran mətbəxinin ən məşhur təamlarından biri olan bu şirniyyat həm çox ucuz başa gəlir, həm də çox ləzzətlidir.
Hazırlanma qaydası
1 stəkan yumru düyünü 4 stəkan suda isladın. Bu suya 1 stəkan gülab tökün və 4-5 saat saxlayın. 1 stəkan badamı da yenə bir kənarda suya qoyun. 3 saat qaldıqdan sonra onun qabığı asanca soyulacaq. Sonra bu badamları xırda-xırda doğrayın. İran mətbəxinin ədvası zəfəranısız Şölə Zard olmaz. Ona görə də 1 çay qaşığı quru zəfəranı yarım stəkan qaynar suda dəmləyin.
Boş qazana ilk olaraq öz suyu ilə birlikdə düyünü tökün. Sonra bura 2 stəkan şəkər tozu əlavə edin. Bir az qarışdırın. İstiyə düşəndə zəfəranə tökün və qarışdırmağa davam edin. Qaynamağa az qalmış badamları əlavə edin və qatı həlim alınanadək qarışdırın.
Ləzzətli şirniyyatı darçın və badamlarla bəziyə bilərsiniz.
[media=http://www.youtube.com/watch?v=7_m4Q2Gu7zo]