Nömrəsiz maşın cərimə meydançasına salındı;sahibi danışdı

23-06-2014, 12:19   
Nömrəsiz maşın cərimə meydançasına salındı;
Elşən Şərifov: «Sürət həddini aşmamışam, nömrənin düşməyindən isə xəbərim olmayıb»

Dünən internet portallarında Bakının Xətai prospektində dövlət nömrə nişanı olmayan avtomobil görüntülənib. Azxeber.com-un elektron ünvanına göndərilən videoda “Mercedes-Benz SLS” markalı avtomobilin sürücüsü dövlət nömrə nişanı olmadan hərəkət edir. Görüntülər “Mercedes-Benz SLS” nin arxasında hərəkət edən avtomobilin kamerası tərəfindən lentə alınıb. Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, həmin avtomobilin sahibi Şərifov Elşən Əlimuxtar oğludur. Hazırda həmin avtomobil Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ərazisindəki cərimə meydançasındadır. Əməkdaşımız cərimə meydançasında olub, avtomobilin fotolarını çəkərək sürücü ilə də söhbət edib.

Avtosfer.az-a açıqlama verən Elşən Şərifov bildirib ki, o, avtomobili iki gündür Bakıya gətirib. Gürcüstanda sərhədi keçərkən tranzit nömrə verilib və həmin nömrə adi kağızdan ibarətdir. Elşən isə avtmobili Bakıda avtoyuma məntəqəsind yudurdandan sonra arxa nömrə islanaraq düşüb. Lakin Elşənin dediyinə görə, onun bundan xəbəri olmayıb. Sürət həddinin aşılmasına, avtoşluq etməsinə gəlincə, Elşən Şərifov bu barədə yazılanlarla razılaşmayıb və bildirib ki, o, həmin ərazidə sürət həddini aşmayıb: «Ümumiyyətlə, avtoşluq mənim həyat tərzimə uyğun deyil. Bu yazılanların araşdırılmasına çalışıram. Bilmirəm, o videonu yayan adam mənim maşınımı dayanmış halda 160-la getdiyimi necə müəyyən edib. Məni yol polisi saxlayıb. Amma sürət həddini aşmağa görə yox, arxa nömrənin olmamasına görə. Bununla bağlı mənə cərimə yazılıb; 80 manat və 4 bal. Buna etiraz etmirəm. Çünki diqqətsizlik etmişəm, nömrənin düşməsindən xəbərim olmayıb. Amma gərək diqqət edəydim».

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə Avtosfer.az-a bildirib ki, «Mersedes GLS-AMG» markalı avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına qoyulub: «Çünki həmin avtomobilin sürücüsü dövlət nömrə nişanlarından biri olmadan nəqliyyat vasitəsini idarə edərkən əməkdaşlarımız tərəfindən aşkar olunub. Artıq ona inzibati protokol da tərtib olunub. O ki qaldı həmin avtomobil sahibinin sürət həddini aşmasına, avtoxuliqanlıq etməsinə, əməkdaşlarımız tərəfindən bununla bağlı araşdırma aparılıb, xüsusi texniki vasitələrin köməyindən istifadə olunub. Yusif Səfərov küçəsində hərəkət edən bu avtomobilin görüntülərinə baxdıq, müşahidə kameralarında hər hansı avtoxuliqanlıq və sürət həddini aşmaq kimi əməllər aşkar olunmayıb. Araşdırmalar davam edir».

Avtosfer.az saytı isə həm vətəndaş tərəfindən, həm də yol polisinin kameraları tərəfindən, həm də öz tərəfimizdən çəkilən videomaterialı oxuculara təqdim edir.
[media=http://www.youtube.com/watch?v=m1wMh3lWqd8]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.