Türkiyə İrana yeni səfir təyin edib.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu posta Türkiyə Xarici İşlər Nazirliyində şöbə müdirinin müavini işləyən Rza Hakan Təkin gətirilib. Türkiyənin İrandakı səfiri vəzifəsini icra etmiş Ümid Yardım isə Rusiyaya səfir göndərilib. Qeyd edək ki, Ümid Yardım bir neçə il Türkiyənin Azərbaycandakı səfirinin müavini vəzifəsində çalışıb.