ABŞ dövlət katibi Con Kerri İraqda səfərdədir.
AzVision.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, Kerri Yaxın Şərq turnesi çərçivəsində Bağdada gəlib.
Təhlükəsizlik tədbirlərinin görülməsi məqəsdilə ABŞ dövlət katibinin İraqa səfəri son dəqiqəyə qədər gizli saxlanılıb. Kerrinin bu ölkənin baş naziri Nuri əl – Maliki ilə görüşəcəyi gözlənilir. Görüşdə müzakirə olunacaq əsas məsələ “İraq və Şam İslam Dövləti” terror təşkilatına qarşı mübarizə olacaq.
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.