"Qərbin Rusiyanın Ukrayna sərhədləridən ordusunu çəkməsinə görə rahat nəfəs aldığı və başı İraqdakı hadisələrə qarışdığı bir dövrdə Kreml Donbası ağzına qədər silahla doldurub".
Axar.az xəbər verir ki, bu sözləri "The İnterpreter"ın siyasi analitiki Maykl Veys "Deily Best"ə yazdığı müəllif yazısında vurğulayıb.
Onun sözlərinə görə, Rusiya separatçıları aktiv şəkildə dəstəkləyir, mavi yanacağın Ukraynaya nəqlini dayandırb. Hazırda isə ordunun geri çəkilməsi barədə qərarın üstündən bir həftə keçməmiş, qoşunlarını təkrar sərhədlərə cəmləşdirib.
Xatırladaq ki, bu günlərdə baş verən hadisələrdən müxtəlif nümunələr gətirən müəllif Rusiyanı ikiüzlülükdə, hadisələrdə öz izini itirməkdə qınayıb. O, həmçinin Kremlin informasiya təbliğatından məharətlə yararlandığını dilə gətirib.
Veys sonda Rusiya ordusunun təkrar sərhədlərə cəmləşməsindən narahat olduğunu bildirərək, Qərbi Ukraynanı meydanda tək qoymamağa çağırıb.