Şeyx kimliyi bilinməyən saqqallılara qarşı mübarizəyə çağırdı

23-06-2014, 18:04   
Şeyx kimliyi bilinməyən saqqallılara qarşı mübarizəyə çağırdı
"Bizdə saqqalı mollaların sayı artıb".

ANS PRESS-in məlumatına görə bunu Şeyxülislam Allahşükür Paşazadə QMİ-də təşkil olunan mərasimdə deyib. O, qeyd edib ki, Azərbaycanda kimliyi bəlli olmayan saqqalı mollalara qarşı mübarizə aparılmalıdır: “Bizdə o qədər saqqalı mollalar var ki, onların kim olduğunu da bilmirik. Onlar kimdir, hansı məhzəbə qulluq edirlər? Bunu öyrənmək lazımdır. Onlarla mübarizə aparacağıq.

Dini komitənin də onlar barəsində məlumatı yoxdur”. Şeyx son vaxtlar bəzi dini kitablara verilən icazələrdə problemlər yarandığını da vurğulayıb. O, bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edib: “Dini Komitənin həmin kitablara və təqvimlərə verdiyi icazələrə bir də baxılsın, nəzarətdən keçirilisin. Onların icazəsi ləğv oluna bilər. Çünki son vaxtlar bəzi kitablara icazələrin veriməsi ilə bağlı problemələr yaranıb”. Dini Komitənin sədri vəzifələrini icra edən Səyyad Salahlı isə həmin kitablara yenidən baxacaqlarını bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar