Rusiya Nikaraquaya hərbi yardım vəd etdi

23-06-2014, 18:13   
Rusiya Nikaraquaya hərbi yardım vəd etdi
Bu gün Rusiya Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov həmkarı nikaraqualı mayor Oskar Obregon ilə iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlıq haqqında müzakirələr aparıb.

Axar.az xəbər verir ki, Nikaraqua Xarici İşlər nazirinin müavini Maria Rubiales saytlardan birinə verdiyi müsahibəsində ölkəsinin öz hərbi dəniz qüvvələrini yeniləmək üçün Rusiya Federasiyasına müraciət etdiyini təsdiqləyib. Prezident Daniel Orteqa isə bildirib ki, Nikaraqua Rusiyanın iştirakı ilə ordunun ümumi yenilənməsinə başlayacaq.

“Bizim görüşümüz hərbi qurumlar arasında ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi və canlandırılmasına xidmət edir. Nikaraqua ilə hərbi və hərbi-texniki əməkdaşlığın gücləndirilməsi Rusiya Müdafiə Nazirliyinin prioritetlərindən biridir”, - Gerasimov deyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar