Terrorçu qruplaşmanın Bəşər Əsədə də neft satdığı iddia edilirMosulu ələ keçirdikdən sonra dünyanın ən zəngin terror təşkilatı olan İŞİD-ın sərvətinin mənbəyi tapılıb. ANS PRESS-in məlumatına görə, saysız hesabsız sərvətə malik olan İŞİD müxtəlif mənbələrdən də maliyyələşdirir. Əsas gəlir isə neftdəndir.
Terrorçu qruplaşmanın hətta Suriya prezidenti Bəşər Əsədə neft satdığı iddia edilir.
Qruplaşma Suriyadakı neft yataqlarına nəzarəti ələ keçirə bilmək üçün "Əl Qaidə"yə bağlı olan "Əl Nusra" başda olmaqla radikal cihadçılarla amansız qarşıdurmalara girib.
Kəşfiyyat məlumatına görə, İŞİD Suriyadakı Rakah civarında gündə 30 min barel neft çıxarır. Bunun sayəsində isə külli miqdarda qazanc əldə edilir.
Əldə edilən neft ucuz qiymətə satılır. Daha sonra isə vasitəçilər nefti Türkiyəyə daşıyırlar. Türkiyəyə gələn neftin böyük qismi isə İraqa qaçırılır.
Hətta Türkiyənin təhlükəsilik xidməti əməkdaşları neftin sərhəddən kənara ötürülə bilməsi üçün yerin altı ilə kustar üsulla borular belə döşəndiyini müəyyən ediblər.