Ziya Bünyadov prospektində (Olimpiya Stadionunun yaxınlığında) ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.az-ın məlumatına görə, “Mercedes E class” markalı avtomobil yolu qadağan olmuş yerdə vurub.
Zərbə o qədər güclü olub ki, piyada bir neçə metr kənara atılıb.
Qəza nəticəsində piyada hadisə yerində ölüb.
Qeyd edək ki, həmin ərazidə yaxınlıqda yerüstü piyada keçidi mövcuddur.