Bakıda mərhumdan polisə şikayət edildi

24-06-2014, 13:47   
Bakıda mərhumdan polisə şikayət edildiBakıda külli miqdarda dələduzluq faktı ilə dünyasını dəyişmiş şəxsdən polisə şikayət edilib. Vesti.az-ın xəbərinə görə, Abşeron rayon sakini, 52 yaşlı Rafael Qurbanov iyunun 20-də Yasamal rayon 29-cu polis bölməsinə ərizə ilə müraciət edərək 2008-ci ildə OOO Olimpus-Az tikinti şirkətinin direktoru Rauf Qurbanovun mənzil satmaq adıyla ondan 136 min 450 manat aldığını və geri qaytarmadığını bildirib.

Lakin şikayətçi Rafael Qurbanov gecikib. Rauf Qurbanov artıq həyatda yoxdur. Rauf Qurbanovun 2012-ci ilin yanvarında ürəyi partlayıb.

Tikintisi bitməmiş mənzillərlə bağlı qalmaqal hələ 2007-ci ildə başlayıb.

OOO Olimpus-Az tikinti şirkəti Yasamal rayonu Talıblı küçəsi 4 ünvanında ev tikməyi vəd etsə də, alıcılardan pulu alıb mənzillərin tikintisini başa çatdırmayıb.

Tikintisi başa çatmamış 4 mərtəbəli ev hələ də yarımçıq qalır, tikinti meydançasında işlərin dayandırılmasından isə artıq 6 il ötür.

Rauf Qurbanovdan polisə çoxsaylı şikayətlər gəldiyi üçün tezliklə o və onun şəriki Vüsal Rəhimov dələduzluqda ittiham edilərək həbs olunurlar.

Ağır Cinayətlər Məhkəməsi Vüsal Rəhimovu 4 il şərti azadlıqdan, Rauf Qurbanovu isə 11 il azadlıqdan məhrum edir. Rauf Qurbanov kamerada dünyasını dəyişir.

Rauf Qurbanovun şərikləri və yaxınları onun törətdiyi əməlləri həll etməyə çalışırlar. Şirkətin əmlakını bölmək üçün məhkəmələr davam edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.