Strasburqda İlham Əliyevə etriaz təşkil olunacaq

24-06-2014, 14:24   
Strasburqda İlham Əliyevə etriaz təşkil olunacaqİyunun 24-də Avropa Şurası Parlament Assambleyasının qarşısında Azərbaycanın ölkə başçısı İlham Əliyevə etiraz aksiyası keçiriləcək. Aksiyanın təşkilatçısı “Sərhədsiz Reportyorlar” beynəlxalq söz azadlığı təşkilatıdır. Bu barədə azadliq.info-ya Strasburqdakı mənbədən məlum olub.
Məlumatda deyilir ki, “Sərhədsiz Reportyorlar” bununla Azərbaycanda insan haqları, o cümlədən söz və mətbuat azadlığı sahəsindəki ağır vəziyyətə diqqət çəkmək istəyir. Məsələ burasındadır ki, aksiyanın keçiriləcəyi dəqiqələrdə İlham Əliyev AŞPA üzvləri qarşısında çıxış edəcək. İlham Əliyevin çıxışı Bakı vaxtı ilə saat 15:00 üçün nəzərdə tutulub. Aksiya isə Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.
Aksiyadan məlumat verməyə çalışacağıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.