Avropa Parlamentinin vitse-prezidenti qudurub

24-06-2014, 14:30   
Avropa Parlamentinin vitse-prezidenti qudurubQarabağa səfər etmiş Yatsek Protaseviç: “Bakının “qara siyahı”sından qorxmuram”

Qarabağa səfər etmiş Avropa Parlamentinin vitse-prezidenti əməlindən peşman deyil. Modern.az bildirir ki, ötən gün işğal olunmuş Dağlıq Qarabağ səfər edərək separatçı rejimin rəhbərliyi ilə görüşlər keçirən Avropa Parlamentinin vitse prezidenti Yatsek Protaseviç jurnalsitlərə açıqlamsında etdiyi səfərə görə Azərbaycanın "qara siyahı"sına düşəcəyindən narahat olmadığını bildirib. “Mən artıq 30 ildir ki, siyasətlə məşğul oluram. Hətta məni həbs etmək niyyətləri olan müxtəlif üsul-idarələrdə çalışmışam. Lakin mənim öz prinsiplərim var və “qara siyahı” bu planda məni narahat etmir”,- deyə Protaseviç öz fikrini ifadə edib.
Protasviçin səfər proqramına gəlincə, o Xankəndində Dağlıq Qarabağ separatçılarınınl ideri Bako Saakyanla təktəbəktə görüş keçirib. Onun sözlərinə görə, əsas müzakirə mövzusu Madrid Prinsiplərinə Dağlıq Qarabğ ermənilərinin münasibəti olub. Avropa Parlamentinin vitse prezidenti yerli erməni deputatlarla və qondarma rejimin “Xarici İşlər naziri” Karen Mirzoyanla da görüş keçirib.
Səfər zamanı Yatsek Protaseviçi “Ermənistanın Avropalı Dostları” təşkilatının direktoru Eduardoi Lorenso Oçoa müşaiyət edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.