Azərbaycanda yeni "TikTok" biabırçılığı: “Otduşi” ley-pey, bomba kayfda” - VİDEO

13-04-2019, 08:27   


Azərbaycanda “Kazbekə şey basım, zırlanım” video qalmaqalından sonra qızlar arasında yeni trend yaranıb.

Oxu.Az-ın xəbərinə görə, budəfəki trend də narkotik maddələri təbliğ edən musiqi üzərində qurulub.

Belə ki, əsasən, qızlar İlkin Çərkəzoğlunun ifa etdiyi “Bomba kayfda” musiqisinə qısa videoçarxlar çəkir, həmin görüntüləri sosial şəbəkələrdə, xüsusən də “Instagram”da yayımlayır.

Onların videoları sosial şəbəkələrdə ciddi mənfi reaksiyaya səbəb olub. İstifadəçilər narkotik maddələrin təbliğini pisləyib, bu işdə qızların alət olmasına xüsusi diqqət çəkiblər.

Qeyd edək ki, bir müddət əvvəl analoji hadisə yaşanmışdı. Belə ki, qızlar arasında məşhurlaşan “Kazbekə şey basım, zırlanım” musiqisinə çəkilmiş videolar cəmiyyətdə ciddi narazılıqla qarşılanmışdı. İşə hətta deputatlar, ictimai-siyasi xadimlər də qarışmışdı. Böyük ictimai qınaqdan sonra musiqisində narkotiki təbliğ edən Vüqar Səda həbs edilmişdi.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.