ABŞ İŞİD-ə vaxt qoydu

24-06-2014, 16:16   
ABŞ İŞİD-ə vaxt qoyduTerrorçular ölkənin ən böyük neftayırma zavodlarından birini ələ keçirib
İraq Şam İslam Dövləti ölkədə ən böyük neftayırma zavodlarından birini ələ keçirib.
"Əl Ərəbiyə” telekanalı xəbər verir ki, İŞİD zavoda hücum edərkən İraq ordusunun əsgərləri silahlarını yerə qoyaraq qaçıblar. Bir neçə hərbçi isə terrorçulara əsir düşüb. İŞİD bundan əvvəl zavoda 3 dəfə hücum etmişdi. Lakin İraq ordusu hücumları dəf edə bilmişdi.
Qeyd edək ki, İraqda iyunun əvvəlindən ara qarışıb. İŞİD ölkənin şimal-qərb bölgəsində nəzarəti ələ alıb. Ötən gün isə ABŞ dövlət katibi Con Kerri İraqda yaranmış vəziyyətlə bağlı bu ölkəyə səfər edib. O, açıqlama verib ki, İraqda baş verən hadisələrə yaxın həftələrdə son qoyula bilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.