Amerikada aparılan sorğunun nəticələrinə görə, hər on adamdan altısı Obamanın siyasətindən narazıdır.
Axar.az xəbər verir ki, bu açıqlamalarla “Nyu York Tayms” qəzeti və CBS televiziya kanalı çıxış edib.
Araşdırmalardan o da məlum olub ki, bu cür göstəricilər ötən aya nisbətən daha çox müşahidə olunur. Bu müddət ərzində isə Amerikanın bir çox kənar münaqişələrdə fəal iştirak etməsi, Rusiya-Ukrayna müharibəsində Ukraynaya dəstək verməsi, Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq etməsi diqqəti çəkən əsas hadisələrdir.
“Nyu York Tayms”dan o da bilidirilib ki, İraqdakı vəziyyətlə əlaqədar olaraq ABŞ prezidenti İraqa dəstək versə də, İraqa qoşun göndərməyib, havadan hücumla dəstək vermək istəməsi Obamanın siyasətinə olan etimadı daha da azaldıb.
Xatırladaq ki, Obamaya olan bu soyuq münasibət onun Demokratlar partiyasında da hökm sürür. Bir milyon doqquz yüz min amerikalı arasında aparılan sorğu bunu deməyə əsas verir. Sorğuda statistik səhv ehtimalı yüzdə üç faizdir.