Özünü asan “Araz” marketin filial müdirinin intiharı ilə bağlı iddialar: intihar həddinə çatdırılıb

18-04-2019, 09:00   
 
Xəbər verildiyi kimi, Bərdə rayonunda intihar hadisəsi baş verib. Hadisə rayonun Heydər Əliyev prospektində, rayon icra hakimiyyətinin yaxınlığında qeydə alınıb. Rayon sakini, 32 yaşlı Tofiq İsgəndərov özünü evinin həyətində yerləşən çardaqdan asaraq intihar edib. T.İsgəndərovun “Araz” marketin Bərdə filialının müdiri olduğu bildirilir.
Bərdə rayonunda “Araz” marketin filial müdiri işləmiş 32 yaşlı Tofiq İsgəndərovun hansı səbəbdən intihar etdiyi məlum olub. Məlumata görə, bir neçə ay əvvəl işdən çıxan Tofiq İsgəndərovun külli miqdarda borcu var imiş. Mərhumun yaxınlarının bildirdiyinə görə borclu olduğu şəxslər daimi olaraq ondan borclarını istəyirmiş və pulu qaytara bilməyəcəyini düşünən T.İsgəndərov çıxış yolunu intiharda görüb. Deyilənə görə, mərhum borclu olduğu şəxslərdən müəyyən zaman, möhlət istəsə də qarşı tərəf tələblərindən geri çəkilməyib. Bu səbəbdən də yaxınları baş vermiş hadisənin “intihar həddinə çatdırma” olduğunu düşünür.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.