"Təpəni döyərəm maşına, ləçər": Qadını təhqir edən Zakir Fərəcovun əmisi oğlu çıxdı - VİDEO (18+)
20-04-2019, 10:49
Sosial şəbəkələrdə kişinin qadını təhqir etməsi ilə bağlı yayılan videoda yeni məlumatlar üzə çıxıb.
haqqin.az-a istinadən məlumat veririk ki, qəzaya düşən xanım sürücüyə təhqiramiz ifadələr işlədən şəxsin kimliyi bəlli olub.
Qeyd olunur ki, həmin şəxs Sumqayıtın icra başçısı Zakir Fərəcovun əmisi oğlu Novruz Fərəcovdur. O, eyni zamanda dövlət məmurunun qaynıdır. Özü də dövlət işində çalışır.
Bundan başqa hadisə Bakıda deyil, Sumqayıtda, dənizkənarı parkın yaxınlığında baş verib.
Xatırladaq ki, bu gün xanım sürücü ilə digər bir şəxsin avtomobili toqquşub. Nəticədə avtomobili əzilən şəxs xanımı çox ağır şəkildə təhqir edib. Bundan başqa həmin şəxs qadını vurmaqla hədələyib. "Təpəni döyərəm maşına, ləçər". - o deyib.