Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən türk liseylərinin (“Araz” kursları) bağlanmasından sonra lisey məzunları maraqlı aksiyaya başlayıb.
Lisey məzunlarının başlatdığı kampaniyaya əsasən üzərində “Lisey uşağı”, “Lisey hocası” yazılan köynəklərin istehsalı sifariş verilib. Kampaniyanın məqsədi liseylərin bağlanmasına diqqət çəkməkdir.
İki gündür facebookda yaradılan ““Lisey uşağı” köynəyinin sifarişi” eventinə (tədbirinə) artıq 2000-nə yaxın lisey məzunu və bu köynəklərdən sifariş vermək istəyənlər qoşulub. Köynəkləri sifariş etmək 7-8 manata başa gəlir. İlk sifarişi verən şəxslər artıq köynəkləri əldə edə biliblər.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin tərkibinə daxil olan və bağlanması üçün barəsində Təhsil Nazirliyinə müraciət edilən 11 lisey bunlardır: Ağdaş liseyi, Bakı liseyi, Dədə Qorqud liseyi, Qafqaz gimnaziyası, Gəncə liseyi, Quba liseyi, Lənkəran liseyi, Mingəçevir liseyi, Sumqayıt liseyi, Şəki liseyi, Şirvan liseyi.(virtualaz.org)