Azərbaycanda narkotik istifadəçilərinin sayı açıqlandı

25-06-2014, 10:55   
Azərbaycanda narkotik istifadəçilərinin sayı açıqlandı"Azərbaycanda narkotik istifadəçilərinin ümumi sayı 27 mindən artıqdır. Onların 585-i inyeksion narkotik istifadəçisi olan qadındır".
ANS PRESS-in məlumatına görə, bunu iyunun 24-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə 26 iyun – Narkomaniyaya və narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı keçirilən “dəyirmi masa” da Respublika Narkoloji Dispanserin şöbə müdiri, həkim-narkoloq Afət Məmmədova deyib.
O bildirib ki, ümumi yaş qrupu 18-45 olan narkotikdən istifadə edənlərin 97 faizini kişilər, 3 faizini isə qadınlar təşkil edir.
Problemin ictimai təhlükəsindən bəhs edən İSİM-in nümayəndələri Səbinə Babazadə, Aysel Hacıyeva və Pərvin Quliyeva hər kəsi narkomaniya ilə mübarizədə birgə olmağa çağırıblar. Məruzəçilər, həmçinin narkomaniyanın profilaktikası məqsədilə İSİM tərəfindən ali və orta məktəblərdə təqdimatların, mədəni-kütləvi aksiya və təşviqat kampaniyalarının keçirildiyini, bununla da sağlam həyat tərzinin təbliğ edildiyini vurğulayıblar.
Digər çıxış edənlər də son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndirilyini nəzərə çatdırıblar.
Məruzələrdən sonra mövzu ətrafında fikir mübadiləsi aparan iştirakçılara sonda İSİM tərəfindən hazırlanıb və çap edilmiş “Övladlarınızı narkotiklərin oyuncağına çevrilməkdən qoruyun!” adlı bukletlər paylanılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.