Navarranın Muxtar Vilayəti erməni soyqırımını tanıyıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Muxtar vilayətin parlamenti qəbul etdiyi qərarla soyqırımın 100 illiyi ərəfəsində avropalıların erməni xalqı ilə necə həmrəy olduğunu göstərməyə çalışdığını bildirib. Parlament həmçinin Türkiyənin Ermənistanla sərhədlərinin açılması və soyqırımı etiraf etməsi məsələsinin Avropa İttifaqına üzv olacağı ana qədər həll etməli olduğunu qeyd edib.
Xatırladaq ki, Navarra Muxtar Vilayəti İspaniyanın tərkibində yer alıb.