ANS-in aparıcısı öldürən qardaşının fotolarını yaydı: ANS-in aparıcısı öldürən qardaşının fotolarını yaydı:

11-05-2019, 09:27   
 


Jurnalist Pərvanə Sabirqızı bir müddət öncə öldürülən qardaşı Pərviz Həbibovun qanının batırıldığını iddia edir. Criminal.az xəbər verir ki, sosial mediada ölkə başçısına və birinci vitse-prezidentə üz tutan jurnalist qardaşının amansızcasına öldürülməsinə baxmayaraq, qatilə yüngül cəza verildiyini deyib.
Birinci instansiya məhkəməsinin qanunsuz aparıldığını bəyan edən Pərvanə Sabirqızı bu ədalətsizliyin aradan qaldırılmasını xahiş edib: "Məsələyə biganə qalmayın. Hakim Əlövsət Abbasov qardaşımı işgəncə ilə öldürən Ələkbər Ağakişiyevə məntəqə tipli rejimlə cəmi 2 il cəza verib. Bu qərarın ləğv olunmasına və digər qatillərin cinayət məsuliyyətinə cəlb olunmasına köməklik edin".
Xanım jurnalist eyni zamanda qətlə yetirilmiş qardaşının hadisə yerindən çəkilmiş fotolarını paylaşıb.
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.