Beyləqan: Sənəddə abaddır, realda xarabalıq...

25-06-2014, 11:45   
Beyləqan: Sənəddə abaddır, realda xarabalıq...İcra başçısının yediyi pulların xronikası

Beyləqan rayon icra başçısı Vaqif Abdullayev 2014-cü il büdcəsindən abadlıq təmir işləri adı altında 240 min manat vəsait silib, amma faktiki olaraq rayonda son bir ildə heç bir abadlıq işləri aparılmayıb.
Beyləqandan pia.az-a daxil olan məluamata görə hazırda Beyləqan şəhərində «Azərsu» ASC şəhərin su və kanalzasiya sistemini yeniləyir. Beyləqanın icra başçısı Vaqif Abdullayevdə su, kanalzasiya işlərinin görülməsindən istifadə edərək dövlət vəsaitini mənimsəyib. Belə ki, məlumata əsasən icra başçısı sənədləşdirmədə təmir etdirdiyi ərazilərin su və kanalzasiya işlərinin aparılmasına görə bərbad günə düşdüyünü göstərib. Yəni sənədlərə inanılırsa, Vaqif Abdullayev Beyləqanda mart ayında abadlıq işi görüb, aprel ayında isə «Azərsu» ASC-nin podratçısı «TTŞ İnşaatın» MMC təmir olunan əraziləri söküb.
Mənbəninin bildirdiyinə görə hər bir Beyləqan sakini bilir ki, son 1 ildə şəhərin heç bir yerində tikinti, abadlıq işi aparmayıb. Buna səbəb isə «Azərsu» ASC-nin rayonda gördüyü işlərdir. Çünki görülən işlərə görə Beyləqanın demək olar ki, hər yeri qazılıb. Bildirilir ki, son bir ildə İcra Hakimiyyəti sadəcə şəhərin bəzi küçələrinə qalınlığı 3 sm olan nazik asfalt çəkib ki, onunda yarısı artıq dağılıb.
Daxil olan məlumatda göstərilir ki, Vaqif Abdullayevin maliyyə maxinasiyaları bununla bitmir. Belə ki, mart ayında icra başçısı rayon Mədəniyyət və Turizm şöbəsinin hesabına kənd mədəniyyət evlərinin, klublarının və kitabxanalarının cari təmiri üçün 120 min manat vəsait ayırıb və həmin vəsaitin hammsı nəqdləşdirilərək mənimsənilib. Cari təmir üçün ayrılan klubların əksəriyyəti isə ayrı-ayrı şəxslərə kirayə verilib. Amma Vaqif Abdullayev adı olub özü olmayan klubların, mədəniyyət evlərinin təmiri adı altında 120 min manat vəsait silib. İcra başçısının 120 min manatın hamısını mənimsəməsi isə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Nazim Mirzəyevin narazılığına səbəb olub. Ancaq sonda idarə müdiri Vaqif Abdullayevlə «razılaşmalı» olub.
Bundan başqa məlumatda bildirilir ki, Beyləqanın icra başçısı son 1 ildə rayon şahmat idarəsinin binasını satıb. Qeyd edək ki, Vaqif Abdullayevin Beyləqan rayonunda satdığı torpaq sahələri və əmlaklar barədə redaksiyamıza daxil olan ilgin informasiyaları dəqiqləşdirdikdən sonra oxucularımıza təqdim edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar