Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

«Azərpoçt»da «Lal Hüseyn» ləqəbli müavin kimdir?

25-06-2014, 11:49   
«Azərpoçt»da «Lal Hüseyn» ləqəbli müavin kimdir?Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) «Azərpoçt» MMC ilə bağlı redaksiyamızın ünvanına olduqca ilginc məlumatlar daxil olmaqladır. Elə MMC-nin işçiləri tərəfindən ünvanlanan bu məlumatlarda sözügedən qurumda baş alıb gedən özbaşınalıqdan, yeyintilərdən və işçilərə olan münasibətlərdən bəhs olunur.
JAM.AZ-a daxil olan həmin məlumatlardan biri də «Azərpoçt» MMC-nin direktoru Qəmbər Bəybalayevin müavini, baş mühasibi və kadrlar şöbəsinin rəisi ilə bağlıdır. Qeyd edilir ki, Bakıdakı poçt şöbələrindən hər ay 300 manatın toplanılması prosesini MMC-nin baş mühasibi Vüqar Əfəndiyev tərəfindən həyata keçirilir. Məlumata görə, bundan əlavə şöbələrdən hər ay daha 100 manat yığılır ki, bu prosesə də birbaşa Qəmbər Bəybalayevin müavini Sübhan Kazımov başçılıq edir.
İddia edilir ki, Kazımovun «Azərpoçt»da konkret ləqəbi var və bütün işçilər onu daha çox «Lal Hüseyn» kimi tanıyırlar. Onun digər müavin və işçilərlə əlbir şəkildə bir sıra başqa işlər gördüyünə dair də məlumatlar mövcuddur.
«Azərpoçt»da bu tip əməliyyatlardan bir başqasının başında isə kadrlar şöbəsinin rəisi Sevil Nəsirova dayanır. Xəbərlərə görə, xanım Nəsirova bir müddət əvvəl MMC-də keçirilən müsabiqdə keçid balını belə yığa bilməyib. Onun 41 bal topladığı vurğulanır. Amma Qəmbər Bəybalayevin onu öz «işini» yaxşı bildiyi üçün şöbənin rəisi saxladığı deyilir.
Həmin məlumatlarda iddia edilir ki, Sevil Nəsirova müəssisədə xoşu gəlmədiyi adamları qısa müddətdən sonra bəhanə taparaq işdən çıxarmaqda da ad çıxarıb. Onun hər ay rayonlara rəfiqəsi ilə birlikdə ezamiyyətlərə getdiyi və bu səfərlərin xeyli «gəlirli» olduğu vurğulanır. «Azəripoçt»da kadrlar idarəsinin rəisinin ən yaxın adamı isə katibliyin rəisi və Bəybalayevin köməkçisi olduğu da verilən məlumatlar sırasında var.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar