Keçmiş ABU rektoru Moskvadakı daşınmaz əmlakını satışa çıxardı

25-06-2014, 11:52   
Keçmiş ABU rektoru Moskvadakı daşınmaz əmlakını satışa çıxardıFəaliyyəti dayandırılmış qalmaqallı Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevlə bağlı redaksiyamıza maraqlı bir məlumat daxil olub.
Bilgili qaynaqlardan ötürülən informasiyaa görə, bir zamanlar özünün gizli videoçəkilişləri, montajları ilə bir çox məmurlara, tanınmış simalara problemlər yaratmağa müvəffəq olan keçmiş ABU rektoru Rusiyadakı mülklərini satışa çıxarmaq qərarını verib.
Bu qərarın nə ilə əlaqədar olduğunu bilməyən mənbəmiz dia.az-a açıqlamasında ehtimal edir ki, rəsmi Bakının Kremlə əlaqələrinin yaxşılaşdığı bir ərəfədə Elşad Abdullayevin belə bir qərarı verməsi onun ehtiyatlanması ilə əlaqədar ola bilər. Yəni Elşad Abdullayev düşünüb ki, onun Rusiyadakı əmlakı təhlükə altına düşə ilər.
Keçmiş ABU rektoru Moskvadakı daşınmaz əmlakını satışa çıxardı
Artıq Elşad Abdullayev bir zamanlar ABU-nun Moskva filialının yerləşdiyi binanı satışa çıxarıb. Qeyd edək ki, Moskvanın Odinsovski rayonunun Marfino küçəsi-25 a-l küçəsində yerləşən başı qalmaqallı ABU-nun Moskva filialının binası Elşad Abdullayevin şəxsi mülkü hesab olunur.
Mənbəmiz iddia edir ki, bundan əlavə, keçmiş rektor Moskvanın ayrı-ayrı yerlərində iki yaşayış evini də satışa çıxarıb və bu satışın baş tutması üçün qohumlarına göstəriş verib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar