Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Cübbəli Əhməd Hoca İŞİD vəhabilərinə qarşı sərt ifadələr işlətdi

25-06-2014, 13:35   
Cübbəli Əhməd Hoca İŞİD vəhabilərinə qarşı sərt ifadələr işlətdiBunlar çox böyük namussuz və şərəfsizdirlər

Türkiyənin tanınmış din xadimlərindən olan Cübbeli Ahmet Hoca İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının davranışını islam dini və əhli-sünnə məzhəbinə zidd adlandırıb.
“Bunları əhli-sünnə adlandırmaq olmaz. Əhli-sünnə bir qaışqanı belə əzməz. Bunlar “cihad edir, mücahiddir, şəhiddir” deyə düşünməyin. Səmimi şəkildə bildirirəm ki, belə düşünsəniz, həlak olarsınız, o yolda ölməyin şəhidliklə heç bir əlaqəsi belə yoxdur”, - deyə Cübbeli Ahmet Hoca İŞİD terroçularının kimliyini ortaya qoyub.
“Bunlar xəvariclərin davamı, cəhənnəm köpəkləridir, Həzrəti Əlini belə guya Allaha xatir öldürdüklərini iddia edənlərin davamçılarıdır, təkfirçidirlər, ən böyük özəllikləri isə müsəlmanlara “kafir” damğası yapışdırmaqdır”, - deyə Cübbeli Ahmet Hoca İŞİD terrorçularını ittiham edib.
“Bunlar çox böyük namussuz və şərəfsizdirlər, bunlarda həya deyilən bir şey yoxdur. Millətin arvadını, qızını cariyə hesab edirlər, “biz mücahidik, bu yoldayıq” deyə hər cür namssuzluğa əl atırlar”, - deyə Cübbeli Ahmet Hoca İŞİD terrorçu qruplaşması müftilərinin “Maliki rejiminə bağlı polislərin, əsgərlərin arvad və qızlarını İŞİD terrorçularına halal sayması” haqda fətvasına münasibət bildirib
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar