Meyxanaçı Samirənin milyonluq bağ evi

25-06-2014, 17:14   
Meyxanaçı Samirənin milyonluq bağ eviMeyxanaçı Samirə Buzovnada yerləşən bağ evinin qiymətini açıqlayıb.
Axşam.az-ın məlumatına görə, “Şou+” verilişində qonaq olan sənətçi “deyirlər, bağınızın 1 milyon qiyməti var” sualına cavabında:
“Bağımın həyəti 1 hektardı. Bu ərazidə torpağın 1 sotu on min manatdır. İçindəki tikililəri də nəzərə alsaq, iki-üç milyona qədər qiyməti var. Birinci mərtəbədə qardaşım ailəsi ilə qalır, ikincidə isə biz. Həyətimdə feyxoa ağacından tutmuş, palmaya kimi var” deyib.
Samirənin Çita adlı meymunu və göyərçinləri olduğu da ortaya çıxıb:
“Meymunumu Oktay Kamilə oxşadıram. Oktay elə bilməsin ki, yanımda olmayanda onun üçün darıxıram. Çita onu əvəz edir. Göyərçinlərimi isə İrandan gətirtmişəm, özü də baha qiymətə”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.