“Mxitaryan oyunu” alınmadıqda isə “ehtiyatda” daha bir plan vardı. Biletlərlə bağlı məsələ...Nə idi bu bilet məsələsi? Finala çıxan klublar əvvəl deyirdilər ki, bəs, UEFA bizə az bilet ayırıb. Hər kluba cəmi 6 min bilet. UEFA-da rəsmən bildirmişdi ki, söhbət 6 min biletdən getmir. Klubların hər birinə daha 4 min bilet veriləcək. 6 min bilet satıldıqdan sonra təbii...Bildiyimiz qədəri, “Çelsi”nin bu məsələdə cığallığı yox idi. “Arsenal”isə yaxasını cırırdıq ki, 6 min bilet azdır, azarkeşlər gəlmək istəyir və sairə...
İndi nə baş verib? "The Times" nəşri son sayında yazıb ki, "Arsenal" və "Çelsi" 6 mindən çox bileti geri qaytarmaq niyyətindədir. UEFA hər kluba 5800 bilet ayırsa da, "Arsenal" tərəfi onlardan 3500-ünü, "Çelsi" isə 2000-i sata bilib. Həmçinin qurumun sponsorlar üçün ayırdığı 2000 bilet də geri qaytarıla bilər. Xub, bunun səbəbi nəymiş? Yenə köhnə “erməni-ingilis yallısı”- Bakıya uçuşların az olması, məsafənin uzaqlığı və viza problemləri…
Bu bəhanələrlə bağlı həm UEFA, həm AFFA, həm də digər yetkili qurumlar günlərdir ki, açıqlamalar verirlər. Amma bu ingilislər inadlarından dönmürlər. Əlində bileti olan ingilis və ya qeyri-ingilis cəmi 5 dəqiqə ərzində aeroporta və ya digər sərhəd məntəqəsində qurulan terminallardan viza ala bilirsə, bu nə bəhanədir axı? Bileti azarkeşlərinizə sata bilmirsizsə, onlar yolun uzaqlığını bəhanə edirlərsə, burda Bakının, UEFA-nın nə günahı var? Yolun uzaqlığı aydındır, amma 2015-ci ildə UEFA Superliqasının finalı Tiflisdə keçiriləndə iki ispan klubu heç yolun uzaqlığını bəhanə etməmişdi axı…Tiflis Bakıdan çoxmu yaxın, İspaniya İngiltərədən çoxmu uzaqdır?BunlarI futbola baxan məktəbli də hesablaya bilər, hamıya ağıl verən ingilis mediası da.
Ötən il Kiyevə Çempionlar Liqasının finalına gələn başqa bir ingilis klubu “Liverpul” Ukraynanı və onun paytaxtını bu qədər təhlükəsiz hesab edirdilərsə, niyə indi ingilislər ondan daha təhlükəsiz olan Bakıdan çəkinsinlər ki? Həmin finaldan üç il əvvəl Kiyev küçələrində baş verən qırğınlar unudulmayıb axı…
Kiyev 2014-cü il
Tiflis və Kiyev kimi Bakı da bu cür yarışları layiqincə qəbul etməyə hazırdır, bunu bir neçə beynəlxaql yarışlarda da bunu subut edib. 2017-ci ilin sentyabr ayının 20-də finalın Bakıda keçirilməsinə qərar verilib, özü də üç ölkə stadionu arasında seçim edilərək. UEFA bütün məsələri nəzərə alıb finalı Bakıya təyin edib. İndi bu qərara görə təkcə Bakılnı deyil, UEFA-nı da qaralayırlar.
Belə görünür ki, Mxitaryandan sonra ingilislər bilet sata bilməmələrinin “heyfini” də Azərbaycandan çıxmaq istəyirlər. Azarkeşin gəlmək istəmir, Bakı “günahkardı”, Mxitaryan gəlmir, Azərbaycan “günahkardı”, bilet bahadır AZAL günahklardır…
Hansı ölkədə bu cür miqyaslı yarış olanda problem yaşanmır ki? Kiminsə pasportunda problem olur, kiminin vizasında, kiminin səhhətində…Bunlara görə bu yarışmanı təşkil edən, həm də xüsusi qazancı olmayan Bakıya bu qədər ləkə atmaq yumşaq desək, insafsızlıqdır. Sərt desək, Allahsızlıq...
Finalda layiqincə keçəcək, Azərbaycan yarışı ən yüksək səviyyədə tamamlayacaq. Azarkeşlər bəlkə də bir də Bakıya qayıtmaq istəyəcəklər. Ancaq Azərbaycana ləkə yaxmaq cəhdləri unudulmayacaq...
Unutqanlıqdan söz düşmüşkən, mərhum azərbaycanlı hakim Tofiq Bəhramov 1966-cı ildə Uembli stadionunda dünya çempionatının finalında İngiltərə-Almaniya oyununda göstərdiyi prinsipiallıq nə tez yaddan çıxdı? İngilisləri tarixlərində ilk və hələ ki son dəfə dünya çempiona edən azərbaycanlı yan xətt hakiminin vətəninə bu qədər qərəzli münasibət haradan qaynaqlanır axı? Tofiq Bəhramov həmin oyundan sonra kraliça II Elizabetin şəxsən təqdim etdiyi ədalət rəmzi olan "Qızıl fit" Bakıda saxlanılır. Heç olmasa, bunları yada salaraq bir az ədalətli olun...
Nazim SABİROĞLU
Musavat.com