Daha bir müsəlman ölkəsi müharibəyə hazırlaşır- ŞOK

26-06-2014, 09:49   
Daha bir müsəlman ölkəsi müharibəyə hazırlaşırİran İraqla sərhəd ərazilərindəki ordusunu yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.
APA-nın “Fars” xəbər agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə İran Quru Qoşunları komandanının koordinasiya məsələləri üzrə müavini, general-mayor Əli Arastə açıqlama verib.
O bildirib ki, İran Quru Qoşunlarının komandanlığı bir sıra tədbirlər həyata keçirərək ölkənin qərb və cənub-qərbində tam hazır vəziyyətdə dayanıb:
“İraq-Şam İslam Dövləti (İŞİD) qüvvələri son vaxtlar İraqın bir sıra bölgələri, o cümlədən Mosulda irəliləyərək həmin ərazilərin bəzi hissələrini işğal ediblər. Lakin bu silahlı qruplaşma ilə mübarizənin vacibliyinə dair alimlərin çağırışından sonra İraq Silahlı Qüvvələri ilə yanaşı, könüllü dəstələr də İŞİD-ə qarşı irimiqyaslı hücumlara başlayıb”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar