VAŞİNQTON VƏ MOSKVADAN ƏLİ ÜZÜLMÜŞ PAŞİNYAN PAT DURUMUNDA…-“Qarabağlılar”la qarşıdurma ona nə vəd edir?

26-05-2019, 14:06   
 

Stanislav Tarasov

“Regnum”, 25.05.2019

 

Ermənistanın baş naziri Nikol Paşinyan inqilabın yeni mərhələsinin başlandığını bildirəndən və “Qarabağ qəbiləsini sui-qəsd hazırlamaq”da ittiham edəndən sonra ehtimal yaranıb ki, Paşinyan və komandasının üzvləri kəskin seytnota düşüblər. İstisna deyil ki, bəyan edilən siyasi kurs şübhə altına alınanda onlar iflas durumunda görünüblər.  

Özünüz mülahizə edin. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “birdən” məlumat verib ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin İrəvana səfəri hazırlanır – “məsələ danışıqlar mərhələsindədir”. Amma Qriqoryanın sözlərinə görə, Patruşevlə əvvəlcə iyunun 18-də Rusiyada görüş keçirmək niyyətindədir, ola bilsin, o, bundan sonra İrəvana da uçar.

Qəribə anonsdur. Özəlliklə də Rusiya TŞ-nin saytında bu barədə heç bir məlumat yoxdur. Başqası var. Qriqoryan “Ermənistan inqilabının ikinci mərhələsi”nin lap başlanğıcında Rusiyaya deyil, amerikalıların yanına yollanıb. Nə üçün? Ermənistanın “Qraparak” qəzetinin məlumatına görə, Ermənistan XİN və ABŞ-ın Ermənistan səfirliyi ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla onun görüşünü hazırlayıb. Amma Bolton imtina edib, Qriqoryanı öz öfisinin təmsilçilərinin yanına göndərib.

Ermənistan TŞ katibiniin özü jurnalistlərlə görüşdə sıradakını deyib: “Səfəri iki yerə bölmək olar: Ağ Evdə ABŞ prezidentinin özəl yardımçısı Fiona Hillə görüş – biz Ermənistan-Amerika münasibətlərinin inkişafını, bunun üçün əldə olan bütün imkanlardan daha effektli istifadəni müzakirə etmişik. Qarabağ məsələsi üzrə ATƏT MQ-nin üzv ölkəsi, sülhə yardım edən bir dövlət kimi ABŞ-ın mühüm rolu qeyd olunub”. Və əlavə edib ki, Vaşinqtonda “Ermənistanda özəlliklə polis sistemində gerçəkləşdirilən islahatlara əl tutmağa hazırdırlar”.İnandırıb ki, “ABŞ-a səfərinin nəticələri tezliklə görünəcək”, açıq eyham vurub ki, Paşinyanın tapşırığı ilə orada özəl missiya yerinə yetirib.

Qalanı mənasızdır. Qriqoryan “German Marshal Found”unun ekspertlərilə görüşüb, onlara Ermənistandakı “inqilab”dan, onun Ermənistan cəmiyyətinə açdığı “imkanlar”dan və hakimiyyətin məhkəmə sistemində keçirmək niyyətində olduğu, hazırlanan islahatlardan danışıb – amma yalnız  Ermənistanın keçmiş prezidenti Robert Koçaryan həbsdən azd edildikdən sonra. Bax, xoş təsadüf ancaq bundadır. Bizdə olan məlumata görə, Karnegi Fondunun ABŞ Dövlət Departamentində böyük nüfuzu olan aparıcı elmi işçsi Pol Stronski bu görüşə dəvət olunmayıb. O bu günlərdə açıq mətnlə bildirib ki, “ABŞ Ermənistanda hakimiyyət keçidindən sonra bu ölkəyə yardımı xeyli artırıb” və “Ermənistan 6 ay boyunca ABŞ-dan əlavə maliyyələşmə kimi 14 milyon dollar alıb”.

Stronski bununla yanaşı qeyd edib ki, Paşinyan hökuməti siyasətin prioritetlərini müəyyən edən kimi, proqramı aydınlaşanda ABŞ daha çox verməyə hazır olacaq. Amma “Ermənistan istehkamçılarının Rusiyanınkılarla birgə Suriyada olduğu” amili Vaşinqtonu təmin etmir, axı “ABŞ-ın Ermənistanı minasızlaşdırmaqda çoxdankı dəstəyi”proqramı çərçivəsində “bu istehkamçılara məhz amerikalılar təlim keçiblər”. Lakin Stronskinin ifadələrində başlıcası əmr kimi səslənən başqa sözlərdir: “Paşinyanın işi var, o bunu etməlidir”. Baş nazir bunu da edir – bacardığı kimi. Ermənistan cəmiyyəti Qarabağ məsələsində əvvəllər vahid idi, indi onu parçalayırlar.Ermənistanın baş naziri Artsax Respublikasının (Dağlıq Qarabağın) prezident seçkiləri ərəfəsində Stepanakertlə (Xankəndi-tərc.) açıq qarşıdurmaya gedir.

İndi Vaşinqtonda bundan sonra nələr olacağını ehtimal edirlər. Amerikanın “Freedom House” hüquq müdafiəsi təşkilatının işçisi Neyt Şenkkanın yazdığı kimi, “Paşinyan ölkədə sürətli, ya da dayanıqlı dəyişikliklərə yetməyə gücü olmadığından onu hakimiyyətə gətirən populizmə yuvarlanıb, məhkəmə sisteminin toxunulmazlığına yolverilməz qəsd sərgiləyərək ölkənin təkcə məhkəmə hakimiyyəti ilə münaqişəyə girməyib”.

Birmingen universitetindən politoloq Gevorq Oskanyan isə diqqəti buna yönəldir ki, “Paşinyanın məhkəmələri çevrələmək çağırışına yalnız 1000-ə yaxın adam hay verib”. Və Paşinyan Amerika və Rusiya yönündə korlanmış belə bir durumda Dağlıq Qarabağ hökumətini sui-qəsd və dövlətə xəyanətdə ittiham edərək ona hücum edir. Guya, onlar ərazinin bir bölümünü Azərbaycana verməyə və buna görə məsuliyyəti onun üzərinə qoymağa hazırlaşırlar.

Bütün bu al-əlvan siyasi mozaika daha bir çalarla tamamlanır. Erməni nəşrləri XİN-dəki qaynaqlarına istinadən xəbər verir ki, “Ruisyalı həmkarı Sergey Lavrovla ağır telefon söhbətindən sonra Zöhrab Mnatsakanyanın arterial təzyiqi kəskin yüksəlib” və “nazirliyə gələn həkimlər ona gərəkli yardım ediblər”.

Biz bu məlumata inanmağa meylliyik, Ermənistandakı durum çox qəlizdir. Ermənistanın “Sasna tsrer” partiyası bu gün Artsaxa (Dağlıq Qarabağa-tərc.) “Bir Ermənistan, bir dövlət” çağırışıyla keçirilən avtoyürüş təşkil edib. Bununla yanaşı Stepanakertin (Xankəndinin-tərc.) İrəvandan üz çevirə biləcəyindən danışmaq heç kimin ağlına gəlmir. Heç olmasa, artıq heç kimin üz tutacağı heç hara olmadığına görə.

Hələlik isə bir sual qalır: “Sasna tsrer” Paşinyana yardım edəcəkmi, yaxud başqa nəyəsə hazırlaşmaq gərəkdir? Gözləyəcəyik, axı çox şey həmişəki kimi pərdəarxası baş verir.

Tərcümə Strateq.az-ındır. 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar