Sərkisyana “gəl bu peyini yığışdır” mesajı

26-06-2014, 10:10   
Sərkisyana “gəl bu peyini yığışdır” mesajıErmənistan hakimiyyəti müxalifətə qarşı qəribə mübarizə üsulu kəşf edib
Ermənistanda prezident Serj Sərkisyanın evinin qarşısında etiraz aksiyası təşkil edən vətəndaş cəmiyyəti fəallarından biri Vardqes Qasparinin evinin qapısının ağzına peyin töküblər. Erməni KİV-lərinin məlumatına görə bu, ilk belə hadisə deyil. Fəalın qonşuları onu xəbərdar ediblər ki, başına daha pis iş gəlməməsi üçün ehtiyatlı olsun.
V.Qaspari iki gün əvvəl elektrik enerjisinin bahalaşmasına etiraz olaraq Sərkisyanın iqamətgahı qarşısında keçirilən piketdə “Ən əxlaqsız sutenyorlardan da alçaq, yaramaz” sözləri yazılmış plakat qaldırıb. Həmin sözlərin kimə ünvanlandığı göstərilməyib, ancaq təxmin etmək olar ki, bu sözlər Sərkisyana ünvanlanmışdı. Həmin piketdə polis aksiyaçılara güc tətbiq edib və 27 nəfər saxlanılıb. Ardınca Qasparinin qapısı ağzına naməlum şəxslər peyin töküblər.
“Mən Vigen Sərkisyana - Prezident Aparatının rəhbərinə zəng etdim və dedim ki, Serj Sərkisyana çatdırsınlar, qoy gəlib bu peyini yığışdırıb aparsın” - deyə vətəndaş cəmiyyəti fəalı bildirib. Bundan əvvəl Qasparinin evinin qarşısında Ermənistanın polis rəisi Vladimir Qasparyanın evinin qarşısında təşkil edilmiş piketdən sonra peyin tökülmüşdü. Həmçinin polisin iddiası əsasında Qasparinin evinə həbs qoyulub və bank hesabları bağlanıb. (virtualaz.org)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.