Bakıda 11-ci sinif şagirdləri arasında mübahisə – Məktəbli bıçaqlandı
27-05-2019, 19:20
Bakıda yeniyetmələr arasında dava bıçaqlanma ilə nəticələnib. Trend-in məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində baş verib. Buta qəsəbə sakini, 2002-ci il təvəllüdlü Xəlilov Rəhim İlqar oğlu ilə həmyaşıdı Şəmiyev Sənan Əlimurad oğlu Lökbatan qəsəbəsindəki 106 saylı orta məktəbin yaxınlığında mübahisə edib. Mübahisə davaya çevrilib və hadisə nəticəsində S.Şəmiyev R.Xəlilova üzərində gəzdirdiyi bıçaqla bir neçə zərbə endirib. Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb.