Daha bir ölkə İŞİD-ə qarşı vuruşacaq

26-06-2014, 10:35   
Daha bir ölkə İŞİD-ə qarşı vuruşacaqİordaniya ordusu "İraq Şam İslam Dövləti" təşkilatının bu ölkəyə hücum etməsi ehtimalını nəzərə alaraq İraqla sərhəddə təhlükəsizlik tədbirləri görməyə başlayıb.
Axar.az xəbər verir ki, İŞİD-in İraq-İordaniya sərhədində yerləşən Taribli qapısını ələ keçirməsindən sonra Əmman rəhbərliyi paytaxtın 400 kilometrliyinə ordu və hərbi texnika gətirməyə başlayıb.
İraqdan İordaniyaya gələn TIR sürücüləri İŞİD-in xalqı sərhəd bölgəsindəki ərazilərdən didərgin saldığını bildiriblər.
Qeyd edək ki, amerikalı səlahiyyətli nümayəndələr İŞİD-in İordaniyaya girəcəyi halda, hücuma keçəcəklərini qeyd ediblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar