İŞİD-ə qarşı daha bir təşkilat

26-06-2014, 11:11   
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, BMT Baş katibinin İraq üzrə xüsusi nümayəndəsi Nikolay Mladenov, İraq Şam İslam Dövləti (İŞİD) və müttəfiqlərinə qarşı hərbi müdaxilənin lazım olduğunu söyləyib.
Mladenov, Bağdaddan videogörüntü üsuluyla New Yorka bağlanaraq, İraqdakı son hadisələri və həll təkliflərini jurnalistlərlə paylaşıb. İraqdakı böhranın təməlində İŞİD və onların müttəfiqlərinin olduğunu deyən Mladenov, bu qruplara qarşı hərbi əməliyyatla cavab verilməsinin lazım olduğunu qeyd edib.
Mladenov, İŞİD-in İraqda bu günə kimi etdiyi vəhşilikləri, eləcə də, iyunun 5-dən bu yana öldürülən vətəndaşların sayının 1300-dən çox olduğunu, 1250 adamın da yaralandığını söyləyib.
Mladenov həmçinin Suriyadan İraqa keçənlərin yaxşı təhsilli, tam təchizatlı və döyüşməyə yaxşı hazırlanmış kəslər olduğunu da bildirmişdir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar