“İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı Mosuldakı Sünni Şeyx Fəthi Bin Səidin türbəsini dağıtması ilə bağlı məlumat yayıb.
Axar.az xəbər verir ki, nuçurulan Ər-Risalə Məscidinin imamı Şeyx Əhməd əl-Hədid Anadolu Agentliyinin müxbirinə verdiyi açıqlamada İŞİD üzvlərinin məsciddəki Şeyx Fəthi-ibn Səid türbəsini dağıtdıqlarını deyib.
Mosuldakı türbənin tarixindən danışan Əl-Hədid "övliya" olduğunu söylədiyi Şeyx Səidin məhz bu məsciddə inzivaya çəkildiyini deyib. Əl-Hədid onu da bildirib ki, nurçuluğun banisi olan Şeyx Səid məhz burda dünyasını dəyişib:
“Övliya Şeyx Səid həzrətləri də burda dünyasını dəyişib. Ona görə buranı ziyarət edənlərin sayı çox olub”.
Qeyd edək ki, İŞİD üzvləri keçən həftə Mosulun tanınmış şairi Əbu Təmmamın heykəlini və peyğəmbərin səhabələrindən olan Veysəl Qəraninin türbəsini dağıtmışdı.