Bakıda itkin düşən şəxslərin mayiti tapılıb.Publika.az xəbər verir ki, bir neçə gün əvvəl itkin düşən Abbasov Vasif Əliyəddin oğlu və Əliyeva Aygün Hüseynağa qızının meyiti Yasamal rayonu Kənar dairəvi yolunda dərəyə aşmış avtomobildə aşkarlanıb. Hər iki şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən dərəyə yuvarlanmış avtomobildən çıxarılaraq təhvil verilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, 2 uşaq atası olan Vasif Abbasov sevgi münasibətində olduğu Aygünü avtomobildə bıçaqlayıb, daha sonra isə o, maşını magistral yoldan dərəyə aşıraraq intihar edib. Hər iki şəxs hadisə yerində keçinib.
V.Abbasovun anası deyib ki, taksi sürücüsü kimi fəaliyyət göstərən oğlu iyunun 1-də ona zəng edərək Aygünü bıçaqladığını, Yasamal yolunun kənarında olduğunu bildirib. Rüstəm adlı şəxsin anasını həmin əraziyə gətirməsini xahiş edib.
Məlum olub ki, Vasif avtomobili icarəyə götürübmüş. O, son olaraq Yasamal ərazisində Kənar Dairəvi yolda qüllənin yaxınlığında kameralara düşüb.