Rusiyanın Sverdlovsk vilayətində azərbaycanlı kriminal avtoritet Vaqif Sultanovun (“Vaqif Kamışlovski”) ötən gün mayın 5-də keçirilən yas mərasiminə xüsusi təyinatlıların basqınının təfərrüatları məlum olub. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Sverdlovsk vilayəti üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və OMON-un yas mərasiminin keçirildiyi “Komfort” kafesinə basqını zamanı güc strukturlarının əməkdaşları “bespredelə” yol veriblər.
“Biz Vaqifin yasına toplaşmışdıq. İçəri maskalı, başları dəbilqəli adamlar şığıdılar, hamını üzü döşəməyə uzatdılar və tam “bespredel” təşkil etdilər. Sadəcə olaraq “mujiklərin” üstünə masadakı araqları tökdülər, yeməyi dağıtdılar. Sonra hamını maşına basıb Yasnoe polis bölməsinə apardılar. Orada Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, FTX-nin nümayəndələri vardı. Qadağan olunmuş predmetlər-narkotik, silah axtardılar, amma heç kimdən heç nə tapmadılar. Bax budur profilaktika”-yas mərasiminin iştirakçılarından biri anonimlik şərti ilə bildirib.
* * *09:45
Rusiyanın Sverdlovsk vilayətində ötən gün - iyunun 5-də azərbaycanlı kriminal avtoritet Vaqif Güləhməd oğlu Sultanovun yas mərasiminə xüsusi təyinatlılar basqın edib.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Vaqif Sultanov ötən gün dəfn olunub və kriminal aləmin çoxsaylı nümayəndələri, habelə regiondakı azərbaycanlı icmasının üzvləri onun “Komfort” kafesində təşkil olunan yas mərasiminə toplaşıblar. Bu vaxt Sverdlovsk vilayəti üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maskalıları kafeyə basqın edib və 30 kriminal avtoriteti saxlayıb. Saxlanılanlar polis bölməsinə aparılıb.
Rusiya DİN-in Sverdlovsk vilayəti üzrə İdarəsinin mətbuat katibi Valeri Qorelıx deyib ki, yas mərasiminə reyd “profilaktik xarakter daşıyırdı”. Onun sözlərinə görə, reydə “Rosqvardiya”nın xüsusi təyinatlılarının dəstəyi ilə keçirilib.
“Kriminal aləmin nümayəndələri və onların yaxınları bilməlidir ki, Şimali Uralda bir qüvvə var, o da DİN, FTX, “Rosqvardiya” və İstintaq Komitəsi”-Qorelıx bildirib.
Məlumata görə saxlanılanların bir çoxu artıq buraxılb. Güc strukturlarındakı mənbə deyib ki, üzərlərində silah və qadağan edilmiş pereparatlar aşkar edilməyənlər “profilaktik söhbətdən” sonra buraxılacaqlar.
Virtualaz.org