“HAFKA”NIN NEFT ŞİRKƏTİ KİMƏ VERİLDİ?

26-06-2014, 11:25   
“HAFKA”NIN NEFT ŞİRKƏTİ KİMƏ VERİLDİ?“Bundan sonra şirkətə onun qardaşı rəhbərlik edəcək…”

“Bahar Enerji Əməliyyat Şirkəti” Mikayıl İsmayılovun nəzarətinə keçdi
«Hafka» ləqəbi ilə tanınan məşhur iş adamı Hafiz Məmmədovun nəzarətində olan “Bahar Enerji Əməliyyat Şirkəti”ndə təhvil-təslim prosesinin getdiyi barədə məlumatlar öz təsdiqini tapıb. Hətta Azinform.az-a bundan sonra bu gəlirli şirkətin kimin idarəçiliyində olacağı haqda məlumat da daxil olub.
Məlumatda bildirilir ki, bundan sonra “Bahar Enerji Əməliyyat Şirkəti”nə ARDNŞ-in tərkibində olan “Azneft” İB-nin direktoru Daşqın İsgəndərovun qardaşı rəhbərlik edəcək. Yeni görəv verilən şəxsin Böyük Britaniyadan gətirildiyi deyilir. Daşqın İsgəndərovun qardaşının indiyə qədər Avropada nə işlə məşğul olması barədə heç bir məlumat verilmir.
Qeyd edək ki, Daşqın İsgəndərov «SOCAR»-ın vitse-prezidenti Mikayıl İsmayılovun kadrı sayılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.