“Sabah nə olacağını heç kim bilmir”

28-06-2014, 12:10   
“Sabah nə olacağını heç kim bilmir”“Ölkədən kənarda müalicə olunmaq üçün heç kimə müraciət etməmişəm”. anaxeber.info-ın “Yeni Müsavat”a istinadən xəbərinə görə, bunu sabiq deputat, şərti azadlığa buraxılmış Gülər Əhmədova bildirib. Məlumata görə, G.Əhmədova səhhətindəki problemlər yenidən baş qaldırdığı üçün müalicə olunmaq üçün ölkə xaricinə çıxmaq istəyib. Üzərində şərti məhkumluq olduğu üçün rəsmi icazə lazım gəldiyindən sabiq deputat yazılı müraciət edib.
Amma hakimiyyət G. Əhmədovanın bu arzusunu öz təhlükəsizliyi üçün yerinə yetirməyib. Məlumatda bildirilir ki, rədd cavabının verilməsi sabiq deputatın mühacirətə getməsi və ya əlində olan materialları xaricə çıxarması əndişəsindən qaynaqlanır.
Sabiq deputat isə ümumiyyətlə, belə bir müraciətinin olmadığını bildirdi: “Öz ölkəmdə, evimdə, ailəmdəyəm. Müalicə üçün xaricə getmək planım da yoxdur. Belə müraciət olmayıb”. G. Əhmədova yaxın aylarda daha öncə rəhbəri olduğu “Mərkəz” qəzetini bərpa edəcəyi ilə bağlı xəbərləri də təkzib edib. Bildirib ki, qəzeti bərpa etmək kimi bir planı yoxdur. “Ümumiyyətlə, ictimai-siyasi həyata yenidən qayıtmaq planınız yoxdur?” sualına cavabında G. Əhmədova deyib ki, sabah nə olacağını heç kim bilmir, eləcə də o: “İndi nə etdiyimi, nə düşündüyümü bilmək istəyirsizsə, mən ancaq ailəmlə məşğulam”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.