6 noyabr 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yaradıldı. Kərəm Həsənov, axır ki, çoxdan arzuladığı, həsrətində olduğu yeni komitənin sədri təyin edildi. Və dərhal da yeni idarəetmə mexanizmini işə saldı.
Əvvəlcə Mingəçevir alverində özünü “qurban” vermiş Rafiq Cəlilovu və sadiq dostu Rüstəm Şahbazovu özünə müavin təyin etdirdi. Doğrudur, əvvəlcə prezidentin fərmanı ilə təsdiqlənən Komitənin əsasnaməsində sədrin bir müavininin olması nəzərdə tutulmuşdu. Ancaq K.Həsənovun xahişi ilə Komitənin əsasnaməsində edilən əlavə və dəyişiklikdən sonra iki müavin vəzifəsi oldu. Göründüyü kimi, K.Həsənov Rafiq Cəlilovu “pod atkos“ buraxsa da, onunla vaxtilə birgə gördükləri işi öz üzərinə götürdüyünü, yəni yaxşılığını yaddan çıxarmadı. Əgər Mingəçevir alverində bir yerdə olmasaydılar, şübhəsiz ki, R.Cəlilov bu gün müavin vəzifəsində işləməzdi…
Rafiq Cəlilovun necə birisi olduğunu isə çoxları bilir.Onun qanunsuzluqlarından çoxlu sayda şikayət var.
Azerinfo.tv xəbər verir ki, Hacıyev Hüseyn Hacı oğlu ahıl yaşında Rafiq Cəlilovun qoçuları tərəfindən döyülüb.
Maraqlı orasıdır ki, bundan əvvəl Kərəm Həsənov o şikayətçini qəbul edib, səbirlə dinləyib dəstək verib. Ancaq gözləntisinin əksinə olaraq onun işinə nəinki kömək edilib, döyülüb, torpağı əlindən alınıb.
Şikayətlə bağlı ətraflı ətraflı detallar videosüjetdə.