ATƏT sədri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı planlarını açıqlayıb.
ANS TV-nin məlumatına görə, ATƏT sədri Didye Burkhalter çıxışında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair təşkilatın planlarını açıqladı və ilk növbədə prezidentlər arasında yeni görüş keçirilməli olduğunu bildirdi: "ATƏT vasitəçilik tədbirlərini intensiv şəkildə davam etdirmək niyyətindədir".
Didye Burkhalter hazırkı dövrün ATƏT üçün çox həssas olduğunu və Ukraynada gərginliyin azaldılmasında ATƏT-in rolunun artacağını bildirdi.
Bundan başqa o, ATƏT-in münaqişələrin həllində rolunun artırılmasını və ATƏT-i gücləndirmək üçün Helsinki Yekun Aktının prinsiplərinə əməl etməyin zəruri olduğunu qeyd edib.