Türkiyənin Ərdahan vilayətinin Damal bölgəsində, hər il olduğu kimi, bu il də Atatürkün möcüzəvi silueti görüntülənib.
Axar.az xəbər verir ki, hər il iyun və iyulun 15-də Ərdahanın Damal bölgəsinin Ata məhəlləsində yerləşən dağın ətəklərində ortaya çıxan Atatürkün siluetinin bu il də görünməsini əhali böyük maraqla izləyib.
Damalın bələdiyyə başçısı Ergin Önal vətəndaşları iyulun 6-da başlayacaq şənliyə dəvət edib: “Hər il olduğu kimi, bu il də möcüzə özünü göstərib. Ümid edirəm ki, bu, sonsuzadək davam edər. Mustafa Kamal Atatürkün kölgəsində yaşamaqdan qürur duyuruq”.
Xatırladaq ki, siluet ilk dəfə 1954-cü ildə Yuxarı Gündəş kəndində görünüb. 1995-ci ildən bu günədək Atatürkün şərəfinə “Atatürkün izində və kölgəsində” adlı Damal şənlikləri ənənəvi olaraq qeyd olunur.