Əfqan ordusu “Taliban”ın hücumunu dəf edib, 260 silahlı öldürülüb
Əfqanıstanın Gilmənd əyalətində təhlükəsizlik qüvvələri “Taliban” hərəkatının döyüşçülərinin hücumunu dəf edib, 260 silahlı öldürülüb.
Cumhuriyyet.az apa-ya istinadən məlumat verir ki, taliblərin həmləsi iyunun 26-dan başlayıb – onlar nəzarət-buraxılış məntəqələrinə və inzibati binalara hücum ediblər. Hücumda 800-dək silahlı iştirak edib.
“Talibanın hücumu dəf edilib, onların əraziləri ələ keçirmək planı tamamilə pozulub”, deyə DİN nümayəndəsi Seddik Seddiki bildirib. Onun sözlərinə görə, döyüşlərdə 28 əfqan hərbçisi həlak olub.