İyunun 29-da Bakı-Gəncə istiqamətində uçan J2 239 saylı təyyarə hava şəraiti ilə əlaqədar olaraq saat 14.20-ə olan uçuşu saat 17.30-a qədər (hər dəfəsində bir saat olmaqla) təxirə salıblar. Saat 17.30-da sərnişinlər təyyarəyə mindirilsə də 19.00-a qədər uçuş həyata keçirilməyib. Saat 19.00 da gəmi kapitanı uçuşun naməlum vaxta qədər təxirə salınacaqını elan etdikdən sonra sərnişinlər təyyarədən düşürülüb. Bu barədə həmin vaxtda təyyarədə olan sərnişinlərdən biri məlumat verib. Maraqlı fakt ondan ibarətdir ki, təyyarənin göyərtəsində Gəncə şəhər icra başçısı Elmar Vəliyev də olub. Təyyarə kapitanının son anonsundan sonra Elmar Vəliyev hətta gəmi kapitanı ilə kiçik mübahisə də edib.
azadlıq.info