Ziya Məmmədovun klinikasına lisenziya verilmədi

30-06-2014, 10:28   
Ziya Məmmədovun klinikasına lisenziya verilmədiSumqayt şəhərində fəaliyyət göstərən “Liman” klinikası bağlanıb. Bu barədə xəbəri avropa.info saytı yayıb. Məlumata görə, “Liman” klinikasının rəhbərliyi işçilərə iyunun 30-dan klinikanın müvəqqəti olaraq təmirə bağlandığını bildirib. İşçilərə vəd olunub ki, qısa zamanda iş öz ahənginə dönəcək.
Səhiyyə Nazirliyinin rəsmi saytında isə “Liman” klinikasının daxil olduğu MMC-nin lisenziya müddətinin iyunun 26-da bitdiyi qeyd edilib. Klinikanın da məhz bu səbəbdən – lisenziya müddətinin uzadılmaması – bağlandığı ehtimal edilir.
Qeyd edək ki, “Liman” klinikası 7 ildir fəaliyyət göstərirdi. Onun real sahibinin Nəqliyyat naziri Ziya Məmmədov olduğu iddia edilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.