Roza Cəlilova: “Rəqs etmək üçün əvvəlcə rəqsi duymaq lazımdır”
Müsahibim 85 illiyi qeyd olunan xalq artisti, rəqqasə, xoreoqraf baletmeyster, Şərəf ordenli, Prezident təqaüdçüsü Roza Cəlilovadır.
XATİRƏLƏR…Yaxsı ki, xatirələr var, onlar olmasaydı necə yaşayardıq. Hərdən gözlərimi yumub keçmişimi düşünürəm. Keçmişimi lap uşaqlıqdan canlandırıram gözümdə o illərin anımı mənə rahatlıq gətirir. Özümü sanki başqa aləmdə hiss edirəm. Necə olmayım ki, orada məni bu dünyada hər kəsdən artıq sevən atam, anam var. Atam Tiflisdə Şeytanbazar məhəlləsində yaşamışdır. O, ilk təhsilinidə orada alıb. Atamı gınc yaşlarında rayonlara vəzifəyə göndəriblər. Zəngəzurda isə Kübra adında qızdan xoşu gəlib və onlar evləniblər. Atamın işini tez-tez dəyişirmişlər. Mən Qubada anadan olsamda şəhadətnaməmdə doğum yerim Dəvəçi rayonu yazılıb. Dediyim kimi əslində mən 1929-cu ildə Qubada anadan olmuşam. O vaxt atam orada katib işləyib. Bacım Azadə 1930-cu ildə Dililicanda, böyük qardaşım 1932-ci il, kiçik qardaşım isə 1940-cı ildə Bakı şəhərində dünyaya gəliblər. Hər ilin 17 mayında bizim evdə şənlik olurdu. Səbəb atamın və mənim ad günüm idi. 1937-ci ildə 31 yaşında atam professor olanda, məndə 132 saylı məktəbin birinci sinfinə getdim. Tiflisdə yaşayan azərbaycanlıların əksəriyyəti kimi atamgildə gürcü dilini bilirdilər. Yadımdadır 10 yaşım olardı, atam nənəmlə arabir gürcü dilində danışardı. Anamda əsəbiləşər, “Məndən gizli nə danışırsız”- deyərdi. Cəlilova mənim qızlıq soyadımdı. Atamın xatirəsi üçün saxladım bu soyadı. Adıma gəlincə isə, həmişə anama deyərdim -Hardan tapmısız bu adı?
Anam isə mənim uşaqlıqdan arzum olub ki, qızım olsa adını Roza qoyacam.
Kiçik yaşlarımdan sevmişəm rəqs etməyi. Heç kimdən görməmişəm və öyrənməmişəm. Elə hey öz-özümə oynayardım. Atam nə vaxt baxırdı görürdü rəqs edirəm. İncə, zərif qız idim baxanlar deyirdi bu qız lap elə bil balerinadır. Mənim ömrümün unudulmaz xatirələrindən biridə o günlə bağlıdır. Atam balerinalığa yazdırmaq üçün məni Xoreoqrafiya məktəbinə apardı.Atamın güclü əlləri sanki mənə daha da ürəkli olmaqı öyrədirdi. Küçədə balerina sara Mirəliyeva ilə qarşılaşdıq. Atam onun həyat yoldaşı ilə dost idi. Bir-birlərini görəndə salamlaşdılar və atam məni balerinalığa yazdırmaq istədiyini Sara xanıma dedi. O da mənə diqqətlə baxıb “Elə bil, balet üçün yaranıb”- dedi. Bəli, mənim baletə getməyimin səbəbkarı atam idi. Ancaq Sara xanımında köməyi danılmazdı. Əlimdən tutub məni Xoreoqrafiya məktəbinə apardı. Onda bu sənətdə olan qızlarmızında sayı çox az idi. Qəmər Almaszadə, Sara Mirəliyeva, Adilə Almaszadə, aliyə Əzizovna və Tamara Əliyevadan başqa azərbaycanlı balerina yox idi. Ona görə də azərbaycanlı qızlar balet məktəbinə gedəndə onlardan möhkəm yapışırdılar. Məni də dərhal Xoreoqrafiya məktəbinə qəbul etdilər. Həvəsləndirmək üçün 62 manatda təqaüd ayırdılar.
CƏBHƏDƏN “QARA KAĞIZ”Günlərim maraqlı keçirdi, lakin, Böyük Vətən müharibəsi başladı. Həyat sanki əlvanlığını itirdi. Qonşumuzda mənimlə yaşıd uşaqların ataları cəbhəyə vuruşmağa gedirdilər. Mən buna kədərlənirdim. Amma bu fəlakətin böyüyünü mənim atam cəbhəyə yola düşəndə anladım. 1942-ci ildə atam 50 nəfərlik heyətlə cəbhəyə getdi və sonra bildik ki, hamısı həlak olub. Müharibə uzandıqca cəbhədən “qara kağız” adlı qara xəbərlər gəlməyə davam edirdi. Hökümət qələbəyə aparan yollun ən doğrusunu seçmiş, Mədəniyyətə, İncəsənətə, Ədəbiyyata diqqət ayırmışdı.
“ARZUMU AÇA BİLMİRDİM” 1943-cü ildə uşaqlar və gənclər üçün olimpiada keçirilirdi. Komissiya üzvləri mənim oxuduğum məktəbə də gəldilər. Mən 6-ci sinifdə oxuyurdum. Məndə məharətimi göstərəndə Əlibaba Abdullayev məndən soruşdu -Sən rəqs edirsən?
Dedim yox. Bəs sən bu hərəkətləri hardan bilirsən? Mənsə həyəcanlı şəkildə mən Xoreoqrafiya məktəbində oxuyuram dedim. Sonra Əlibaba müəllim “Ay Pəri” adlı gözəl rəqs qurdu. Onun solo hissəsini də mənə verdi. Yarışmada birinci yer tutdum. Mən balerina olmalı idim. Həminolimpiadada laureat olmağım qəlbimdə Azərbaycan xalq rəqslərinə məhəbbət oyatdı. Məni balerinalığa atam aparmışdı onon üçündə anam qoymazdıki, onun istəyini unudum. Ona görə də evdə anamın qorxusundan xalq rəqslərini gizlin oynayırdım və bu sirri ona aça bilmədim. Xoreoqrafiya məktəbini 1947-ci ildə bitirdim. Texnikomu Opera və Balet Teatrına verdilər. İki il orada balerina işlədim. Hər səhnədə barmaqlarımın ucunda rəqs edəndə hey düşünürdüm ki, necə edim ki, xalq rəqsinə keçim? Bir gün qərar verdim və içimdəki qorxunu atıb Mədəni İşlər İdarəsinin rəisi, Hökümə Sultanovanın yanına getdim və çəkinə-çəkinə dedim: Hökumə xanım, mən istəyirəm ki, gedəm xalq rəqslərinə. Ay qız səni oxudublar ki, balerina olasan? “Görürsən bu sənətədə azərbaycanlı qızlar azdı” deyərək məni fikrimdən döndərmək istədi. “Məndə ya buradan çıxacam ya da, xalq rəqsinə gedəcəm” dedim. Hökumə xanım susub fikrə getdi, görünür, sözümdən dönməyəcəyimi hiss etmişdi.
“MƏNİ XOŞ ÜZLƏ QARŞILAMADILAR”1949 –cu ildə Azərbaycan Filarmoniyasına getdim və orada məni xoş üzlə qarşılamadılar. Paxıllıq edənlərdə az deyildi. Filarmoniyaya inadla getdiyim üçün inciyib geri çəkilməyi ağlıma belə gətirmədim. Filarmoniyada mənə yer yoxdu desələr də, Hökumə Sultanova necə yer yoxdu bir nəfəri çıxartın və yerinə Rozanı götürün dedi. Beləliklə, xarici ölkələrdə konsertlər başladı. Və bir dəfəsində də Berlində konsert vaxtı mənə dedilər ki, seni Moskvaya çağırırlar. Çox həyəcanlandım və qorxu içində fikirləşirdim ki, görəsən mən neyləmişəm? Moskvaya yola düşdüm. Canımda bir qorxu hissi vardı: “Görəsən, mən nə etmişəm?”
Moskvada eşitdiklərim məni sevindirdi. Berlində keçirilən festivalda ifam çox xoşlarına gəldiyindən məni görkəmli dövlət xadimləri ilə birlikdə Albaniyaya göndərdilər. Teploxodla 8 gün yol getdik və limana endik. Birdən qulağıma tanış səs gəldi. Bəstəkar Üzeyir Hacıbayovun “Üvertura” sı çalınırdı. Üç aydır Bakıdan ayrı idim. Birdən özümü Bakıda hiss etdim və rəhbərlikdən, “Doğrudanmı Bakıdayıq?” deyə soruşdum. Dedilər yox. Bu səfərdən sonra sənət yolum açıldı. Moskva və Bakı arasında qaldım. Mən xalq rəqslərini seçdiyim üçün heç vaxt peşmançılıq çəkməmişəm.
“AT SƏHNƏNİ, OTUR EVDƏ” Mənə saysız-hesabsız məktublarda gəlirdi. Onların içində sevgi etirafları da vardı. Berlin konsertlərinin birində Sovvet İttifaqı Qəhrəmanı Mişa Avdyeqo ilə tanış oldum. Mənə,“Bakıya gələ bilərəmmi” dedi. Əlbəttə gəlin dedim, təbii ki, nə demək istədiyini anlamadım. O fikrini açıb dedi: Məmuniyyətlə sizinlə evlənərdim.
Bakıya qayıtdıqdan sonra mənə məktub yazdı ki, ünvanımı ona göndərim, amma ünvanımı ona göndərmədim. Demək istədiyim odu ki, istəyənlərim çox olub. Elə sonrakı istəyən də məni səhnədə görüb. Ramiz adlı diş həkimi idi. Mənimlə evlənmək istəyirdi. Ona razılıq verdim və 1955-ci ildə ailə həyatı qurdum 1956 –cı ildə oğlum Zabit dünyaya gəldi. 1958-ci ildə isə mənə əməkdar artist adını verdilər. Bundan sonra Ramiz tamam dəyişdi. Mənim qarşımda “at səhnəni, otur evdə” tələbi qoydu. Aydındır ki, bununla razılaşa bilməzdim. Bir dəfə Ramiz Filarmoniyada çıxışım zamanı ora gəldi və məni evə aparmaq istədi. Məqsədi Moskvaya konsertə getməyimin qarşısını almaq idi. Lakin Soltan Hacıbəyov Ramizlə danışdı və o sakitləşdi. O, bu sənətdə olmağımı istəməsə də, qastrol səfərlərinə mənimlə birlikdə getməyə başladı.
“RƏQS HƏRƏKƏTLƏRİNİN MƏNASINI ANLAMIRLAR”1957-ci ildə Həbəşistanda olan zaman məşhur bir hind rəqqasəsi səhnədə oynayarkən onu gizli olaraq səhnənin arxasından böyük maraqla izləyib. Mənim bu həvəsimi görən xarici rəqqasə hind rəqsini mənə öyrədəcəyini dedi və öz paltarlarını, ayağındakı zəncirlərini də mənə hədiyyə verdi. Hind rəqsini ondan öyrəndikdən sonra Azərbaycanda bu rəqsin bir növ təmsilçisi oldum: “Azərbaycan səhnəsinə hind rəqsini ilk mən gətirdim. İndiki hind rəqslərini oynayan rəqqasələr hind kasetlərinə baxıb hərəkətləri oradan götürürlər. Onlar rəqs hərəkətlərinin mənasını da anlamırlar, beyinlərinə gələn hərəkəti edirlər. Elə hesab edirlər ki, hind rəqsi oynayırlar. İndiki rəqqasələrin peşəkarlıqdan xəbərləri yoxdu”.
“O gün faciə idi”1963-cü ildə heç bir xəstəliyi olmayan Ramiz qəflətən vəfat etdi. O gün mənim üçün faciə idi, çünki həmin gün qızım Yeganə dünyaya gəldi. Ramiz onu görmədi. Bundan sonra başım sənətimə qarışdı. Səfərlər, konsertlər davam etdi. Gec oldu, amma 2007-ci ildə xalq artisi adını aldım. Övladlarım mənim yolumu davam etdirmədilər. Oğlum hüquqşünas qızım isə, Şərqşünas oldu. 4 nəvəm var, ama qız nəvələrimdən biri mənə çox bənzəyir. Onun gələcəkdə Roza Cəlilovanın yerində olacağını hiss edirəm. Bunu görməyə ömrümün yetəcəyini düşünmürəm. İnsanın yaşının elə dövrləri olur ki, heç ölüm barədə də düşünmür. 85 illik yubileyimi qeyd etdim. Ölüm məni qorxutmur. Çünki o dünyada məni əzizlərim gözləyir. Ölüm də bir vüsaldır. Boynumda haqqı olan insan atamdı, çünki o məni böyütməklə, valideynlik vəzifəsini bitirmiş saymadı, mənim gələcəyimi düşündü. Anam 90 il ömür sürdü. Səfərlərə gedəndə övladlarıma o baxırdı. Yaxınlarımın çoxunu avqust ayında itirmişəm deyə avqust ayı mənə ağırdır. Sənətimə gəldikdə isə özümü quş kimi hiss edirəm. Həyatımdan, sənətimdən, zəhmətimdən razıyam. Çünki xalq məni unutmur və inanıram ki, unutmayacaqdır.