Killerlərin xüsusi amansızlıqla öz evində öldürdüyü mafioz əslində kimdir

3-08-2019, 12:27   
 Ukraynanın Zaparojets vilayətində killerlərin xüsusi amansızlıqla öldürdüyü Aleksey Petrov həqiqətən mafioz olub və kriminal dairələrdə “Petrik” kimi tanınıb. Amma o, “Yaponçik”in varisi sayılan həmin “Petrik” deyil.

Virtualaz.org xəbər verir ki, bu haqda “Prestupnaya Rossiya” yazır. Bildirilir ki, 2000-ci ilə qədər Petrov Frantsın məşhur cinayətkar qruplaşmasında olub, amma deyilənlərlə görə sonradan bu işlərdən əl çəkib.

Bundan əvvəl KİV-lər, o cümlədən REN TV kanalı Ukraynada 56 yaşlı “vor zakon” Aleksey Petrovun öldürüldüyünə dair xəbər və videogörüntülər yaymışdı.

*   *   *15:22

Nüfuzlu “vor zakon” Aleksey Petrov (“Petrik” və ya “Lenya Xitrıy” ) Ukraynada yaşadığı evin qarşısında xüsusi amansızlıqla öldürülüb. Virtualaz.org xəbər verir ki, “vor zakon”a divan tutulmasına dair kadrları yerli Strana.ua portalı yayıb.

Kadrlardan görünür ki, iki nəfər kriminal avtoriteti döyür, onlardan biri “Petrik”i bıçaqla vurur. Həmin şəxslər kriminal avtoriteti həyətdə dayanmış cipin arxasına çəkir, bir az sonra killerlər oradan çıxır. Onların əlləri və paltarı qan içindədir.

Məlumata görə kriminal avtoriteti döyəndən sonra onun boğazını kəsiblər.

“Petrik” cinayətkar aləmdə unikal şəxsiyyət hesab olunurdu. O, hələ ötən əsrin 70-ci illərinin sonlarında Moskvanın şimal-şərqindəki Mazutlu keçiddə SSRİ-nin ilk mütəşəkkil cinayətkar qruplaşmalarından birini yaradıb, həmin qruplaşma “Mazutinsk qruplaşması” kimi tanınıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.