Ötən ay daha iki azərbaycanlı Suriyadakı döyüşlərdə iştirak etməyə gedib.
Axar.az-ın əldə etdiyi xəbərə görə, döyüşə yollanan bu iki nəfər qohumdur və birlikdə Əsədə qarşı vuruşmağa gediblər. Bildirilir ki, hər iki gəncin ailəsi məsələdən gec xəbər tutub. Artıq bir aydır ki, Suriyada olan azərbaycanlı gənclərin tanınmış bir adamın qohumu olduqları iddia edilir.
Məlumata görə isə, onlara qohum olduğu iddia edilən şəxs Azərbaycanda fəaliyyət göstərən “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yeni seçilmiş rəhbəri Fəxrəddin Paşayevdir.
Fəxrəddin Paşayev Axar.az-a bildirdi ki, bu barədə məlumatsızdır:
“İndi bizim camaat belədir ki, hərəsi düşüb bir yerə, xəbərim yoxdur. Ona görə heç nə deyə bilmərəm”.